MƏHSULLAR

Şəhər ərazilərində, Şəxsi bağlarda, Qış bağlarında bütün ərazinin və ya onun müəyyən hissəsinin yaşıllaşdırma və abadlıq xidmətini sifariş verə bilərsiniz.

Yalnız yaşıllaşdırma üzrə mütəxəssislər müvafiq bitki seçimi edə və ərazini keyfiyyətli şəkildə tərtib edə bilərlər. Bitkilərimiz xarici və yerli istehsal dekorativ ağaclar, güllər və yerli qazondan ibarətdir.

60+ LAYİHƏ

Bitkilər

Tutto Bello şirkəti hər növ eksteryerə əlavə gözəllik qatacaq dekorativ ağaclar, kollar, güllər və qazonlar təklif edir. Şirkətimizə məxsus plantasiyada dekorativ ağac və kolların, şitil və çilinglərinin yetişdirilməsi, onların istehsalı həyata keçirilir və sizə təqdim olunur. Müasir eksteryer dizayn layihələrinin tələblərinə cavab verən fərqli bitkilər tərəfimizdən yetişdirilir.

İcra etdiyimiz layihələrdə istifadə olunan bitkilərin əksəriyyəti şirkətin öz istehsalı olan bitkilərdir. Bundan əlavə digər layihələr və şəxsi villaların yaşıllıq işlərinin həyata keçiriliməsində də Tutto Bello şirkətinin istehsalı olan bitkilərdən geniş istifadə olunur. Dekorativ ağaclar və güllərlə həyatınızı daha da gözəlləşdirin!

Dekorativ ağaclar diqqəti cəlb edən bir və ya daha çox unikal xüsusiyyətə malikdir. Bu xüsusiyyətlər qeyri-adi bir forma, fərqli yarpaqlar, nəzərə çarpan qabıq və ya bir çiçək ola bilər. Biz sizə bağınızı gözlləşdirəcək dekorativ ağacları münasib qiymətə təklif edirik. Həm məşhur, həm də nadir növlərdən birini seçə bilərsiniz. Dekorativ ağac fidanlarının keyfiyyətinə çox önəm veririk.

Tutto Bello müxtəlif növ dekorativ bitkilər və kolların pərakəndə və topdan satışını həyata keçirir. Peşəkar kadrlarımız bir-biri ilə ən gözəl harmoniya yaradacaq bitki növlərini seçməkdə sizə yardım edəcək. Kataloqumuzda olan dekorativ ağaclar arasından seçim edərək, hər kəs öz bağ evində zərif və bənzərsiz bir mənzərə yarada biləcək.

Güllər – bağınızı, eyvanınızı, həyətinizi bəzəycək ən gözəl bir amil ola biər. Belə gül fidanlarının seçiminə məsuliyyətlə yanaşmaq lazımdır. Tutto Bello bağçalar, eyvanlar, terraslar üçün ən gözəl çiçək növlərinin geniş çeşidini təklif edir. Bizim köməyimizlə bağınız sizi, qonşularınızı və qonaqlarınızı sevindirəcək baxımlı və gözəl bir guşəyə çevriləcəkdir.

Şirkətimiz çox sərfəli qiymətlərlə ala biləcəyiniz çiçəklər təklif edir. Bundan əlavə, kataloqlarımızdakı bitkilər həm pərakəndə, həm də topdan sifariş edilə bilər. Güllərin uzun ömürlü olmasına və hava şəraitinə uyğunlaşma xüsusiyyətinə çox önəm veririk. Çiçəklərin geniş çeşidləri arasında ən uyğununu seçə bilməyiniz üçün əlimizdən gələnini etməyə çalışırıq.

YUXARI